Altı ölkənin vətəndaşına ABŞ-a girmək qadağan edilib

Altı ölkənin vətəndaşına ABŞ-a girmək qadağan edilib Ali Məhkəmə Trampın immiqrasiya fərmanına qoyduğu qadağanı aradan qaldırıb
Digər ölkələr
5 Dekabr , 2017 03:58
Altı ölkənin vətəndaşına ABŞ-a girmək qadağan edilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Altı ölkənin vətəndaşına ABŞ ərazisinə girmək qadağan edilib.

“Report” xəbər verir ki, Birləşmiş Ştatların Ali Məhkəməsi ölkə prezidenti Donald Trampın İran, Yəmən, Liviya, Suriya, Somali və Çad sakinlərinə aid immiqrasiya fərmanına qoyulan qadağanı aradan qaldırıb.

Məhkəmənin qərarı müvəqqəti xarakter daşıyır. Yəni yeni qərar Amerika liderinin artıq sayca üçüncü immiqrasiya fərmanına qarşı qaldırılan bütün iddialara baxıldıqdan sonra qəbul ediləcək.

Bundan əlavə, üç ay ərzində KXDR və Venesuela vətəndaşlarına viza verilməsi qadağan olunacaq.

Son xəbərlər

Orphus sistemi