Almaniyanın Silahlı Qüvvələrində 35 min əsgər və zabit çatışmır

Almaniyanın Silahlı Qüvvələrində 35 min əsgər və zabit çatışmır Almaniyanın Silahlı Qüvvələrində 35 min əsgər və zabit çatışmır.
Digər ölkələr
12 Oktyabr , 2024 05:27
Almaniyanın Silahlı Qüvvələrində 35 min əsgər və zabit çatışmır

Almaniyanın Silahlı Qüvvələrində 35 min əsgər və zabit çatışmır.

“Report” xəbər verir ki, bunu Almaniya Bundestaqının müdafiə komitəsinin sədri, Almaniya Azad Demokrat Partiyasından (ADP) olan Markus Faber RND redaksiya birliyinə bildirib.

“NATO-nun 32 üzv dövlətin hamısına, o cümlədən Almaniyaya tələblərinin artacağı çox ehtimal olunur. Beləliklə, müdafiəyə illik istehsal həcminin 2 %-ni xərcləmək artıq kifayət etməyəcək. Bu, təxminən 3 % olmalıdır”, – Faber vurğulayıb.

O izah edib ki, NATO-nun Alyansın silahlı qüvvələrinin sayını 82-dən 131 bölməyə qədər, 49 briqada artırmaq səyləri çərçivəsində Almaniya da Silahlı Qüvvələrinin sayını artırmalıdır. Faberin fikrincə, Berlindən ordusunu 35 min nəfər artıraraq ümumi sayını 100 min hərbçiyə çatdırması tələb oluna bilər.

Deputat əlavə edib ki, bu proses 10 il çəkə bilər.

Son xəbərlər

Orphus sistemi