Almaniyada zavodda partlayış olub, səkkiz nəfər xəsarət alıb

Almaniyada zavodda partlayış olub, səkkiz nəfər xəsarət alıb Bakı. 1 sentyabr. REPORT.AZ/ Almaniyanın Bavariya federal torpağındakı Foburq an der Donau şəhərində yerləşən Bayernoil neft emalı zavodunda partlayış baş verib.
Digər ölkələr
1 Sentyabr , 2018 11:55
Almaniyada zavodda partlayış olub, səkkiz nəfər xəsarət alıb
tz.de

Bakı. 1 sentyabr. REPORT.AZ/ Almaniyanın Bavariya federal torpağındakı Foburq an der Donau şəhərində yerləşən "Bayernoil" neft emalı zavodunda partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, "Bild" nəşrində hadisə nəticəsində 8 nəfərin xəsarət aldığı qeyd olunub.

Məlumata görə, yaralılardan üç nəfərin vəziyyəti daha ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Partlayış və ardından başlayan yanğın səbəbiylə yaranan qatı tüstü 1800 insanı evlərini tərk etmək məcburiyyətində qoyub.

Hələlik hadisənin başvermə səbəbi müəyyənləşdirilməyib.

Son xəbərlər

Orphus sistemi