Almaniyada Suriya silahlılarına maliyyə dəstəyi vermiş 7 qarətçi azadlıqdan məhrum edilib

Digər ölkələr
  • 30 yanvar, 2017
  • 20:37
Almaniyada Suriya silahlılarına maliyyə dəstəyi vermiş 7 qarətçi azadlıqdan məhrum edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Almaniyanın Köln Şəhər Məhkəməsi Suriyada döyüşən silahlılara maliyyə dəstəyi məqsədilə kilsələri qarət etmiş 7 nəfəri müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Ağentliyin məlumatına görə, onlar 3,5-4 il, habelə 10 ay müddətində azadlıqdan məhrum olunublar. İttiham edilənlərin törətdikləri cinayətlərə dair kifayət qədər fakt və sübutlar toplanılıb.

Yaşları 24-37 arasında olan cinayətkarlar 2013-2014-cü illərdə azı 5 kilsəni və bir sıra binaları qarət ediblər.

Məhkəmə qarşısına çıxarılanlar arasında Almaniya ilə yanaşı, Tunis və Mərakeş vətəndaşları da var.

44 filmi