Almaniyada COVID-19-dan ölən türklərin sayı 92-ə çatdı

Almaniyada COVID-19-dan ölən türklərin sayı 92-ə çatdı Almaniyada son 24 saatda daha 5 Türkiyə vətəndaşı ölüb.
Digər ölkələr
21 Aprel , 2020 04:40
Almaniyada COVID-19-dan ölən türklərin sayı 92-ə çatdı

Almaniyada son 24 saatda daha 5 Türkiyə vətəndaşı ölüb.

Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.

Qeyd edilir ki, COVID-19-dan ölüm halları Hamburq, Nürnberq və Münhendə qeydə alınıb. Virusdan ölənlərin ailə üzvləri koronavirus testindən keçirilib. Məlumata görə, onların analizlərinin nəticələri müsbət olub. Həmin şəxslər karantinə alınıblar.

Bununla da Almaniyada COVID-19 infeksiyasından ölən türklərin sayı 92-ə çatıb.

Qeyd edək ki, Almaniyada koronavirusa 146 653 nəfər yoluxub, 4 706 nəfər virusun qurbanı olub.

Son xəbərlər

Orphus sistemi