Almaniyada atışma olub, ölənlər var
Digər ölkələr
- 08 yanvar, 2025
- 00:12
Almaniyanın cənub-qərbindəki Bad-Fridrixsxall (Federal Baden-Vürtemberq əyaləti) şəhərində maşınqayırma şirkətinin binasında naməlum cinayətkar atəş açaraq iki nəfəri öldürüb, daha bir nəfəri ağır yaralayıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, hücumçu gizlənib. Polis “X” sosial şəbəkəsində bildirib ki, hazırda cinayətkarı tutmaq üçün əməliyyat aparılır.
İlkin məlumata görə, maskalı şəxs Bakı vaxtı ilə saat 20:45 radələrində firmanın binasına daxil olub və atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əhali üçün təhlükə yoxdur. Əməliyyatda helikopter iştirak edir.
Qeyd edək ki, Bad-Fridrixsxallın 20 minə yaxın sakini var.
Son xəbərlər
16:37
Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib
Maliyyə16:31
Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazanıb
Fərdi16:20
Foto
Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
Fərdi16:16
Foto
Masallıda sahibkarlara yeni dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib
İqtisadiyyat16:01
Rusiya səfiri "İl-20" insidentinə görə Finlandiya XİN-ə çağırılıb - YENİLƏNİB
Digər ölkələr16:00
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov: "Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
Komanda15:55
Azərbaycanda data xidmətlərindən gəlirlər 21 % artıb
İKT15:54
Foto
Report Media Məktəbində 21-ci qrupun təlim proqramı yekunlaşıb
Media15:52
Foto