Almaniya iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitini qorumaq üçün Slovakiyadan Litvaya iki “Patriot” raketdən müdafiə sistemini təhvil verəcək.
“Report” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
“Şimali Atlantika Alyansının tələbi ilə Almaniya 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitinin müdafiəsinə böyük töhfə verəcək. Slovakiyadakı “Patriot” missiyasının qüvvələri də buna töhfə verəcək. Çoxmillətli hava qüvvələri və raketdən müdafiə sistemi ləğv ediləcək”, - Bundesver qeyd edib.
Berlin həmçinin Slovakiya ərazisində raketdən müdafiə sistemlərinin fəaliyyətini təmin etmək üçün Polşadan olan dəstək bölmələrinin Litvaya köçürüləcəyini açıqlayıb.