AK Ukrayna taxılının tədarükünə qoyulan qadağanı sentyabrın 15-dək uzadıb

AK Ukrayna taxılının tədarükünə qoyulan qadağanı sentyabrın 15-dək uzadıb Avropa Komissiyası Ukrayna taxılının Şərqi Avropa ölkələrinə tədarükünə qoyulan qadağanı sentyabrın 15-dək uzadıb.
Digər ölkələr
5 İyun , 2023 22:06
AK Ukrayna taxılının tədarükünə qoyulan qadağanı sentyabrın 15-dək uzadıb

Avropa Komissiyası Ukrayna taxılının Şərqi Avropa ölkələrinə tədarükünə qoyulan qadağanı sentyabrın 15-dək uzadıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatında deyilir.

“Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan kimi məhsulların Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyadan başqa bütün ölkələrə istehlak və ya emal üçün Aİ ərazisinə idxal edilməsi hələ də zəruridir”, - sənəddə bildirilir.

Qərarın müddətinin uzadılması Ukrayna ilə qonşu olan ölkələrin bazarlarında yerli istehsalı təhlükə altına alan Ukrayna taxılının ciddi şəkildə çoxalması ilə bağlıdır.

Mayın 2-də Avropa Komissiyası 5 dövlətin hökumətlərinin ciddi təzyiqi ilə Ukraynadan taxıl tədarükünə qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi