Aİ Şurası və Avropa Parlamenti Moldovada islahatları 2 milyard avro ilə dəstəkləməyə razılaşıb
- 19 fevral, 2025
- 22:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı Şurası və Avropa Parlamenti Moldovaya islahatların aparılması və iqtisadi artıma nail olmaq üçün təxminən 2 milyard avro yardım ayırmağa razılaşıb.
“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
“Moldova: Şura və Avropa Parlamenti demək olar ki, 2 milyard avro dəyərində islahatları və iqtisadi artımı dəstəkləmək barədə razılığa gəliblər”, - bəyanatda vurğulanıb.
Sənəddə qeyd edildiyi kimi, söhbət Moldova üçün İslahat və İnkişaf Fondunun yaradılmasından gedir.
Vurğulanıb ki, 2025-2027-ci illər arasında Moldovaya 385 milyon avroya qədər qrant və 1,5 milyard avro kredit ayıracağı gözlənilir. Bu kreditlər çox güzəştli, uzun ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə veriləcək.