Koronavirus infeksiyasına qarşı iki doza peyvəndlə aşılanan Avropa İttifaqı (Aİ) ölkələri sakinlərinin sayı 187,7 milyona çatır ki, bu da yetkin əhalinin (18 yaşdan yuxarı) 51,3%-ni təşkil edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatlar Avropa Xəstəliklərin Profilaktikası və İdarəetməsi Mərkəzinin rəsmi saytında yerləşdirilib.
COVID-19-a qarşı tam aşılanan sakinlərin payı baxımından Aİ ölkələri arasında birinci yeri Malta tutur: ada ölkəsinin ərazisində yaşayan insanların 83,6% iki doza peyvənd qəbul edib. İlk üçlükdə həmçinin Macarıstan (65,1%) və İrlandiya (64,8%) da var. Eyni zamanda Aİ-yə üzv olmayan Avropa ölkələri arasında lider İslandiyadır (82,6%).
Aİ ölkələrinin 246,3 milyon sakini və ya yetkin əhalisinin 67,3%-i bir doza peyvəndi qəbul edib. Bu baxımdan liderlər Belçika (84,6%), Malta (83,1%) və Niderlanddır (82,9%).
İyulun 10-da Avropa Komissiyasının sədri Ursula von der Lyayen Aİ ölkələrinin iyul ayının sonuna qədər yetkin əhalinin ən azı 70%-ni tam aşılamaq üçün kifayət qədər dozada peyvənd aldıqlarını açıqlayıb. Yetkinlərlə paralel olaraq, Aİ-də uşaq və yeniyetmələrin də immunizasiyasına başlanılıb.