Aİ diplomatiyasının rəhbəri Kosovodakı zorakılığı pisləyib, tərəfləri dialoqa çağırıb

Aİ diplomatiyasının rəhbəri Kosovodakı zorakılığı pisləyib, tərəfləri dialoqa çağırıb Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel Kososodakı zorakılığı qəbuledilməz adlandırıb, həmçinin tərəfləri dialoqa çağırıb.
Digər ölkələr
30 May , 2023 06:27
Aİ diplomatiyasının rəhbəri Kosovodakı zorakılığı pisləyib, tərəfləri dialoqa çağırıb

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel Kososodakı zorakılığı qəbuledilməz adlandırıb, həmçinin tərəfləri dialoqa çağırıb.

“Report” xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri bu barədə tviterdəki hesabında yazıb.

“Aİ Kosovo hakimiyyətini və etirazçıları vəziyyəti dərhal və qeyd-şərtsiz gərginləşdirməməyə çağırır. Biz tərəflərin məsuliyyətlə hərəkət etmələrini və dialoq vasitəsilə dərhal siyasi həll yolu tapmasını gözləyirik”, - Borel sosial şəbəkə hesabında yazıb.

O, həmçinin qeyd edib ki, mediaya, mülki şəxslərə, polisə və KFOR nümayəndələrinə (Kosovoda sabitliyin təmin olunmasına cavabdeh olan Kosovo Qüvvələri, NATO-nun rəhbərlik etdiyi beynəlxalq qüvvələr - red.) qarşı zorakı hərəkətlər qətiyyən yolverilməzdir.

Ötən gün Kosovonun şimalında serblərlə toqquşmalarda azı 75 nəfər xəsarət alıb. Şimali Mitrovitsa Xəstəxanasının baş həkimi Zlatan Elek qarşıdurmalarda 50 nəfərin yaralandığını bildirib. NATO-nun beynəlxalq missiyasının komandiri Ancelo Mişel Ristuçça macar və italyan əsgərlərin hücumların hədəfinə çevrildiyini, 25-ə yaxın əsgərin xəsarət aldığını bildirib.

Kosovonun şimalındakı bələdiyyələrdə serblərlə polis arasında gərginlik mayın 26-dan davam edir.

Son xəbərlər

Orphus sistemi