Ağ Ev: ABŞ administrasiyası Ukraynaya təcili dəstək yollarını axtaracaq

Ağ Ev: ABŞ administrasiyası Ukraynaya təcili dəstək yollarını axtaracaq ABŞ administrasiyası təcili olaraq Ukraynaya dəstək yollarını axtaracaq.
Digər ölkələr
3 Aprel , 2024 10:44
Ağ Ev: ABŞ administrasiyası Ukraynaya təcili dəstək yollarını axtaracaq

ABŞ administrasiyası təcili olaraq Ukraynaya dəstək yollarını axtaracaq.

“Report” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib.

O bildirib ki, artıq müəyyən təxirəsalınmaz tədbirlər görülüb: “Siz ABŞ Müdafiə Nazirliyinin təcili yardım paketi çərçivəsində Ukrayna qüvvələrinə dəstək üçün 300 milyon dolları necə ayıra bildiyini gördünüz. Biz gələcək fəaliyyət üçün imkanlar axtarmağa davam edəcəyik”.

Onun sözlərinə görə, ABŞ hökumətinin imkanları hələ də məhduddur: “Çünki bizim əlavə maliyyə qanunvericiliyinə ehtiyacımız var”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.

ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. V.Zelenski daha əvvəl Rusiyanın əks-hücum əməliyyatlarına hazırlanacağı barədə xəbərdarlıq edib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl bildirib ki, müharibənin yalnız hərbi yolla həlli var.

Son xəbərlər

Orphus sistemi