Afrində antiterror əməliyyatının 22-ci günü 79 terrorçu zərərsizləşdirilib

Afrində antiterror əməliyyatının 22-ci günü 79 terrorçu zərərsizləşdirilib Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində indiyədək 1141 terrorçu məhv edilib.
Digər ölkələr
10 Fevral , 2018 12:10
Afrində antiterror əməliyyatının 22-ci günü 79 terrorçu zərərsizləşdirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində indiyədək 1141 terrorçu məhv edilib.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Əməliyyatın 22-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 79 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Son xəbərlər

Orphus sistemi