Yunanıstanın paytaxtı Afinada qapalı voleybol stadionunun yanında “Olimpiakos” və “Panatinaikos” arasında keçirilmiş matçda azarkeşlərlə polis arasında gərginlik yaşanıb.
“Report”
Nəşr bildirib ki, azarkeşlər polisə hücum çəkərək üzərinə yandırıcı qatışıqlı butulkalar, habelə daşlar və digər əşyalar atıb, onların istiqamətində dəniz siqnal raketləri buraxıblar. Polis əməkdaşları isə gözyaşardıcı qazla cavab veriblər. Nəticədə qaz buludu stadiona da girib. Bu səbəbdən hakim matçı dayandırıb.
Məlumata görə, hadisədə yaralanmış polis əməkdaşı xeyli qan itirib, o, əməliyyat olunub.
Qarşılaşma dayandırıldıqdan sonra polis iğtişaşçıların kimliyini müəyyənləşdirmək məqsədilə tamaşaçıları stadionu tərk etməyə icazə verməyib. Sonucda 250-dən çox adam saxlanılıb.