Asiya İnkişaf Bankı (ADB) noyabrın 12-də Bakıda COP29 çərçivəsində özünün Asiya-Sakit Okean regionundakı flaqman innovativ iqlim maliyyələşdirmə mexanizmini (IF-CAP) təqdim edəcək.
Bu barədə “Report” bankın rəsmi saytına istinadən xəbər verir.
“Bu yüksək səviyyəli tədbir inkişaf etməkdə olan üzv ölkələri lazımi vəsaitlə təmin etmək üçün genişmiqyaslı iqlim maliyyəsi ayırmaq üzrə Asiya İnkişaf Bankının strateji təşəbbüsü olan IF-CAP mexanizminin başladılacağı andır”, - məlumatda qeyd edilib.
Bildirilib ki, IF-CAP-ın işə salınması ilə bağlı mərasimində ADB prezidenti Masatsuqu Asakava, IF-CAP-ın maliyyə tərəfdaşlarının rəsmiləri, inkişaf etməkdə olan üzv ölkələrin nümayəndələri və digər maraqlı tərəflər qatılacaq.
Qeyd edək ki, IF-CAP ADB-yə illik 100 milyard ABŞ dollarından çox iqlim maliyyəsi hədəfinə nail olmağa və 2030-cu ilə qədər ümumi ayrılan maliyyələşdirmənin 50 %-nə çatmağa imkan verəcək flaqman alətdir.