ABŞ yüksək zənginləşdirilmiş uranın hasilini bərpa etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cil Hrubi bildirib.
“Qlobal dinamikanı nəzərə alsaq, aydındır ki, biz bir neçə onillik ərzində ABŞ-də yüksək zənginləşdirilmiş uranın hasilinə yenidən başlamalıyıq”, - Hrubi Vaşinqtonda keçirilmiş illik Nüvənin Qabaqlanması Konfransında deyib.
“Energetika Departamenti mülki nüvə reaktorları və gələcək hərbi ehtiyaclar üçün uranın zənginləşdirilməsi üçün əlaqələndirilmiş strategiya hazırlayıb və biz bunu həyata keçirməyə başlayırıq”, – NNSA rəhbəri vurğulayıb.
Qərbli qeyri-hökumət ekspertlərinin hesablamalarına görə, 2022-ci ilin əvvəlinə ABŞ-nin təxminən 487 ton həcmində yüksək zənginləşdirilmiş uran ehtiyatları var.