​ABŞ Yəmən sahillərində hərbi gücünü artırır

​ABŞ Yəmən sahillərində hərbi gücünü artırır Pentaqon: "Əməliyyatın başlıca məqsədi bölgədəki vacib nəqliyyat marşrutunun təhlükəsizliyini təmin etməkdən ibarətdir"
Digər ölkələr
21 Aprel , 2015 11:50
​ABŞ Yəmən sahillərində hərbi gücünü artırır

Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələri Yəmən sahillərinə iki gəmi, təyyarədaşıyan və raket kreyseri göndərir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Pentaqon məlumat yayıb.

"Teodor Ruzvelt" təyyarədaşıyan və "Normandiya" raket kreyseri İran körfəzindəki bazadan çıxarıb. Gəmilər Hörmüz boğazından keçərək, Ərəb dənizinə daxil olub.

Məlumatda qeyd olunub ki, bu gəmilər əməliyyat zamanı Ərəb dənizi, Ədən körfəzi, Bab-ül-Məndəb boğazı və Qırmızı dənizin cənub hissəsinin təhlükəsizliyini təmin edəcək.

"Əməliyyatın başlıca məqsədi bölgədəki vacib nəqliyyat marşrutunun təhlükəsziliyini təmin etməkdən ibarətdir", - məlumatda vurğulanıb.

Pentaqon bildirib ki, Yəməndəki qeyri-sabit vəziyyətlə bağlı ABŞ Hərbi Dəniz Qüvvələri bölgədəki gücünü artırır.

Son xəbərlər

Orphus sistemi