ABŞ Yaponiyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib

ABŞ Yaponiyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib ABŞ Dövlət Departamenti Yaponiyaya təxminən 293 milyon dollar dəyərində “hava-hava” tipli raketlərin mümkün satışını təsdiqləyib.
Digər ölkələr
26 İyul , 2022 07:49
ABŞ Yaponiyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Yaponiyaya təxminən 293 milyon dollar dəyərində “hava-hava” tipli raketlərin mümkün satışını təsdiqləyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Söhbət orta mənzilli AIM-120C-7/8 raketlərindən gedir. “Dövlət Departamenti AIM-120C-7/8 orta mənzilli “hava-hava” raketlərinin Yaponiya hökumətinə mümkün tədarükünü təsdiqləmək qərarına gəlib”, - məlumatda bildirilir.

Bundan əlavə, Tokioya raketlər üçün avadanlıqlar da çatdırılacaq. Müqavilənin ümumi məbləği 293 milyon dollar olacaq.

Pentaqon əlavə edib ki, mümkün sazişin sənədləri ABŞ Konqresinə təqdim edilib. Layihə 150 ​​ədəd müasirləşdirilmiş AIM-120C-7/C-8 orta mənzilli “hava-hava” raketi və üç AIM-120 AMRAAM istiqamətləndirici bölmə almaq arzusunu ifadə edən Yaponiya tərəfinin sifarişi əsasında həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi