ABŞ Yaponiyanı nüvə silahı ilə qorumaq niyyətindədir

ABŞ Yaponiyanı nüvə silahı ilə qorumaq niyyətindədir ABŞ nüvə silahlarının istifadəsi də daxil olmaqla Yaponiyanın müdafiəsini təmin etmək niyyətini təsdiqləyir.
Digər ölkələr
11 Aprel , 2024 06:19
ABŞ Yaponiyanı nüvə silahı ilə qorumaq niyyətindədir

ABŞ nüvə silahlarının istifadəsi də daxil olmaqla Yaponiyanın müdafiəsini təmin etmək niyyətini təsdiqləyir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden və Yaponiyanın Baş naziri Fumio Kisidanın Vaşinqtondakı danışıqlarının nəticələrinə əsasən qəbul edilmiş birgə bəyanatında deyilir.

"Prezident Bayden ABŞ-nin nüvə potensialı da daxil olmaqla Amerikanın bütün hərbi potensialından istifadə edərək, Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Zəmanətləri Müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq Birləşmiş Ştatların Yaponiyanın müdafiəsinə sarsılmaz sadiqliyini təsdiqlədi", - Ağ Evin Mətbuat xidməti tərəfindən yayılan sənəddə deyilir.

Söhbət müqavilədəki maddədən gedir. Sənədə əsasən hər bir tərəf müttəfiqə qarşı hər hansı hərbi təcavüzü öz milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bununla bağlı öz konstitusiyasının müddəalarına uyğun hərəkət etmək hüququna malikdir.

Bəyanatda vurğulanır ki, Vaşinqtonun nöqteyi-nəzərindən 5-ci maddə Senkaku adalarına da aiddir. Pekin və Tokionun iddia etdiyi Şərqi Çin dənizindəki bu adalar 1972-ci ildən bəri Yaponiya tərəfindən idarə olunur.

Son xəbərlər

Orphus sistemi