ABŞ və Yaponiya arasında Çinlə bağlı görüş keçiriləcək

ABŞ və Yaponiya arasında Çinlə bağlı görüş keçiriləcək Martın 16-da Tokioda ABŞ-ın dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostinlə Yaponiyanın xarici işlər naziri Tosimisu Moteqi və müdafiə naziri Nobuo Kisi arasında “2+2” formatında görüş keçiriləcək
Digər ölkələr
9 Mart , 2021 10:05
ABŞ və Yaponiya arasında Çinlə bağlı görüş keçiriləcək

Martın 16-da Tokioda ABŞ-ın dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostinlə Yaponiyanın xarici işlər naziri Tosimisu Moteqi və müdafiə naziri Nobuo Kisi arasında “2+2” formatında görüş keçiriləcək.

“Report” xəbər verir ki, məlumatı Yaponiyanın “Nikkei” qəzeti yazıb.

Görüşdə Çinlə bağlı məsələ başlıca müzakirə mövzularından biri olacaq. Çinə aid gəmilərin Senkaku (Dyaoyuydao) adası regionunda fəallığı Tokio ilə Pekin arasında ərazi mübahisələrini yenidən gündəmə gətirib.

ABŞ Senkaku adası da daxil olmaqla Yaponiyanın müdafiəsinin təmini üzrə 1960-cı ildə imzalanan “Qarşılıqlı əməkdaşlıq və təhlükəsizliyin təmini haqqında” müqavilənin 5-ci maddəsində nəzərdə tutulan öhdəliyini yerinə yetirəcəyini çoxdan təsdiqləyib.

Qeyd edək ki, “2+2” formatında sonuncu görüş 2019-cu ilin yanvarında Vaşinqtonda keçirilib. Martın 16-da keçiriləcək görüş ABŞ Prezidenti Cozef Baydenin hakimiyyət gəlişindən sonra ilk belə təmas olacaq.

Son xəbərlər

Orphus sistemi