ABŞ və Cənubi Koreya Şimali Koreyanı zibil balonlarını havaya buraxmağı dayandırmağa çağırıb

ABŞ və Cənubi Koreya Şimali Koreyanı zibil balonlarını havaya buraxmağı dayandırmağa çağırıb Koreya Respublikası və ABŞ-nin müdafiə nazirləri Sin Von Sik və Lloyd Ostin KXDR-i Koreya yarımadasının cənubuna zibil dolu şarların buraxılmasını dayandırmağa çağırıblar.
Digər ölkələr
29 İyul , 2024 04:44
ABŞ və Cənubi Koreya Şimali Koreyanı zibil balonlarını havaya buraxmağı dayandırmağa çağırıb

Koreya Respublikası və ABŞ-nin müdafiə nazirləri Sin Von Sik və Lloyd Ostin KXDR-i Koreya yarımadasının cənubuna zibil dolu şarların buraxılmasını dayandırmağa çağırıblar.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İki ölkənin müdafiə nazirləri paytaxt Tokioda yapon həmkarlarının iştirakı ilə üçtərəfli görüşün keçirildiyi yerdə danışıqlar aparıblar. Sin Von Sikin sözlərinə görə, şarların buraxılması Koreya Respublikasının suverenliyinə təhdid yaradır və bu hərəkətlər Koreya müharibəsini bitirən atəşkəs şərtlərini pozur. Belə ki, iyulun 24-də KXDR Cənubi Koreyaya təxminən 480 zibil dolu şar buraxıb.

Koreya Respublikası və ABŞ KXDR-in “təxribatlarını cilovlamağa” hazır olduqlarını təsdiqləyiblər və Moskva ilə Pxenyan arasında silah ticarətinin mövcudluğunu vurğulayıblar.

Sin Von Sik və Lloyd Ostin həmçinin bildiriblər ki, son qəbul edilmiş “Koreya yarımadasında nüvə cilovlanması və nüvə qüvvələrinin əməliyyatları prinsipləri” genişləndirilmiş cilovlama sahəsində əməkdaşlığın gücləndirilməsi üçün “möhkəm təməl” olacaq.

Son xəbərlər

Orphus sistemi