ABŞ: Ukraynaya hərbi yardıma görə sursat ehtiyatlarımız tükənmək üzrədir

ABŞ: Ukraynaya hərbi yardıma görə sursat ehtiyatlarımız tükənmək üzrədir Vaşinqton Ukraynaya hərbi yardım göstərdiyi üçün ABŞ-ın öz sursat ehtiyatı tükənir.
Digər ölkələr
17 İyul , 2023 01:01
ABŞ: Ukraynaya hərbi yardıma görə sursat ehtiyatlarımız tükənmək üzrədir

Vaşinqton Ukraynaya hərbi yardım göstərdiyi üçün ABŞ-ın öz sursat ehtiyatı tükənir.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Prezident Cozef Baydenin administrasiyası vəzifəyə başladıqdan sonra artilleriya atışları üçün istifadə edilən NATO standartına uyğun 155 sursatın ümumi ehtiyatının nisbətən az olduğunu aşkar etdi", - o deyib.

Sallivanın sözlərinə görə, administrasiya həm də anlayıb ki, ehtiyatları idarə oluna bilən səviyyəyə çatdırmaq aylar deyil, illər çəkəcək – bu, Ukraynadakı müharibəni tamamlayan bir ölkə üçün asan məsələ deyil.

"Prezident Bayden Pentaqona ABŞ-ın istənilən münaqişədə, istənilən vaxt ehtiyac duya biləcəyimiz bütün döyüş sursatlarını istehsal imkanlarını genişləndirmək üçün sürətlə işləməyi əmr etdi. Biz hər ay silah-sursat təchizatı potensialımızı artırırıq", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi