ABŞ Ukraynaya hərbi yardım üçün ilin sonuna qədər 1,22 milyard dollar xərcləyəcək

ABŞ Ukraynaya hərbi yardım üçün ilin sonuna qədər 1,22 milyard dollar xərcləyəcək ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 2024-cü ilin sonuna qədər Ukraynaya hərbi yardım üçün 1,22 milyard dollar xərcləməyi planlaşdırır.
Digər ölkələr
18 Dekabr , 2024 14:34
ABŞ Ukraynaya hərbi yardım üçün ilin sonuna qədər 1,22 milyard dollar xərcləyəcək

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası 2024-cü ilin sonuna qədər Ukraynaya hərbi yardım üçün 1,22 milyard dollar xərcləməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Defense One” nəşri adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.

"Administrasiya Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (bu, Ukrayna Silahlı Qüvvələri üçün açıq bazarda yeni silah-sursat almağa imkan verir) çərçivəsində qalan 1,22 milyard dolları ilin sonuna qədər istifadə etməyi planlaşdırır", - nəşr bildirib.

Anonim rəsminin sözlərinə görə, Pentaqonun bu təşəbbüs çərçivəsində Ukraynaya verə biləcəyi 5,6 milyard dollar dəyərində silah və texnika var. Lakin bu vəsaitin bir hissəsinin verilməsi məsələsinə artıq ABŞ Prezidentinin yeni administrasiyası baxacaq.

Son xəbərlər

Orphus sistemi