ABŞ terrorizmlə mübarizə üçün Əfqanıstana qoşun göndərməyəcək

ABŞ terrorizmlə mübarizə üçün Əfqanıstana qoşun göndərməyəcək ABŞ qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra Birləşmiş Ştatlar öz hərbi qüvvələrini terrorizmlə mübarizə aparmaq üçün yenidən bu ölkəyə göndərməyi planlaşdırmır
Digər ölkələr
20 Aprel , 2021 02:50
ABŞ terrorizmlə mübarizə üçün Əfqanıstana qoşun göndərməyəcək

ABŞ qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra Birləşmiş Ştatlar hərbi qüvvələrini terrorizmlə mübarizə aparmaq üçün yenidən bu ölkəyə göndərməyi planlaşdırmır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

"Amerika hərbi qulluqçularının (Əfqanıstana-red) təkrar göndərilməsi ilə bağlı heç bir plan yoxdur", - Kirbi bununla bağlı suala cavab verərək deyib.

Aprelin 14-də ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların Əfqanıstanda öz missiyasını yerinə yetirdiyini və mayın 1-dən ABŞ qoşunları çıxarmağa başlayacağını bildirib. Onun sözlərinə görə, qoşunların çıxarılması 11 sentyabra qədər başa çatacaq.

2020-ci ildə ABŞ və Əfqanıstanın radikal "Taliban" hərəkatı 18 illik müharibədən sonra sülh razılaşmasını imzalayıblar. Razılaşmaya əsasən, Amerika qoşunları 1 maya qədər Əfqanıstanı tərk etməlidir. ABŞ-ın hazırkı prezidenti Cozef Bayden administrasiyası “taliblər”lə razılaşmaları təkrar gözdən keçirmək niyyəti haqqında bildirib.

Amerikanın Əfqanıstanda hərbi əməliyyatı 2001-ci ilin 11 sentyabr terror aktına cavab olaraq başlanmışdı.

Son xəbərlər

Orphus sistemi