ABŞ Senatı Elen Çaonu nəqliyyat naziri postuna təsdiq edib

Digər ölkələr
  • 31 yanvar, 2017
  • 18:52
ABŞ Senatı Elen Çaonu nəqliyyat naziri postuna təsdiq edib

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin Senatı Elen Çaonu ölkənin nəqliyyat naziri vəzifəsinə təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Çao Senatda respublikaçıların lideri olan Mitç Makkonelin həyat yoldaşıdır.

Makkonel prezident kiçik Corc Buş administrasiyası illərində (2001-2009) ABŞ-ın əmək naziri olub.