ABŞ Rusiyanın neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyanın neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyası bir bareli 60 dollardan yuxarı qiymətə satılan nefti daşıyan Rusiya tankerlərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Digər ölkələr
6 Yanvar , 2025 10:33
ABŞ Rusiyanın neft tankerlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin administrasiyası Rusiya tankerlərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, sanksiyalar bir bareli 60 dollardan yuxarı qiymətə satılan tankerlərə tətbiq edilib.

Rusiya limitdən yan keçmək məqsədilə yanacağın daşınmasında köhnə gəmilərdən istifadə edir. Yeni məhdudiyyətlərin neftin limitdən yuxarı qiymətə satışında iştirak edən şəxsləri əhatə edəcəyi gözlənilir.

Agentliyin məlumatına görə, Vaşinqton həmçinin bu cür əməliyyatlarla əlaqəli olan Çin banklarına qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.

Dekabrın ortalarında “Bloomberg” mənbələrə istinadən xəbər vermişdi ki, G7 ölkələri Rusiya neftinin qiymət həddini indiki 60 dollardan təxminən 40 dollara endirə bilər. Bundan başqa, dövlətlər Rusiya xam neftinin emalına tam qadağa qoyulması imkanını da nəzərdən keçirirlər.

Son xəbərlər

Orphus sistemi