ABŞ prezidenti Şimali Koreyaya səfər edəcək

ABŞ prezidenti Şimali Koreyaya səfər edəcək Donald Tramp KXDR lideri Kim Çen Inın Pxenyana səfər etməklə bağlı dəvətini qəbul edib
Digər ölkələr
13 İyun , 2018 01:46
ABŞ prezidenti Şimali Koreyaya səfər edəcək

Bakı. 13 iyun. REPORT.AZ/ Birləşmiş Ştatlar prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inın Pxenyana səfər etməklə bağlı dəvətini qəbul edib, öz növbəsində o da, ABŞ-a getməyə razılıq verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

"Kim Çen In Trampı uyğun vaxtda Pxenyana səfərə dəvət edib, Tramp isə Kim Çen Inı ABŞ-a dəvət edib. Hər iki lider bir-birinin dəvətini məmnuniyyətlə qəbul edib", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi