ABŞ prezidenti İsrailin yeni baş naziri ilə telefonla danışıb

ABŞ prezidenti İsrailin yeni baş naziri ilə telefonla danışıb ABŞ prezidenti Co Baydenlə İsrailin yeni baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub.
Digər ölkələr
148
14 İyun , 2021 01:28
ABŞ prezidenti İsrailin yeni baş naziri ilə telefonla danışıb
Naftali Bennett

ABŞ prezidenti Co Baydenlə İsrailin yeni baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub.

“Report”un məlumatına görə, bu barədə Ağ ev xəbər yayıb.

Qeyd olunub ki, telefon danışığında regional çağırışlarda əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Tərəflər, komandalarının İran da daxil olmaqla bütün regional təhlükəsizlik məsələlərində yaxından məsləhətləşəcəkləri barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi