ABŞ ordusu İranla əlaqəli doqquz gəmini sıradan çıxarıb
Digər ölkələr
- 14 iyun, 2026
- 08:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dəniz blokadasının başlanğıcından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 141 ticarət gəmisini ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərq İdarəsi bildirib.
"13 iyun tarixinə olan məlumata görə, CENTCOM qüvvələri uyğunluğu təmin etmək üçün 141 ticarət gəmisinin marşrutunu dəyişdirib və doqquz gəmini sıradan çıxarıb", - deyə məlumatda qeyd olunub.
Komandanlıq vurğulayıb ki, blokada İran limanlarına və sahil ərazilərinə, o cümlədən Fars və Oman körfəzindəki bütün İran limanlarına daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə qarşı tətbiq olunmağa davam edir. Digər gəmilərə gəldikdə isə, beynəlxalq ticarət dəhlizi tranzit üçün açıq qalır.
Son xəbərlər
10:29
Azərbaycan ilə Çin arasında imzalanmış beynəlxalq avtomobil daşımaları haqqında saziş ratifikasiya ediləcək
Milli Məclis
10:16
Foto
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Xarici siyasət
10:16
Dağlıq ərazilərə qar yağıb - Faktiki hava
Ekologiya
10:14
Ruandanın 20 vətəndaşı Azərbaycanda ali təhsil alacaq
Elm və təhsil
10:12
Yevlaxda avtomobil yük maşını ilə toqquşub, iki nəfər ölüb
Hadisə
10:11
"Sabah" UEFA bayrağı altında keçirdiyi 14 ev oyununda heç-heçə etməyib
Futbol
10:00
Foto
Nazir: "Çinlə tərəfdaşlıq "təmiz enerji" üzrə birgə layihələrin inkişafına təkan verir"
Energetika
09:58
DSMF: Oktyabrda ailə başçısını itirməyə görə 190 mindən çox şəxsə pensiya və müavinət ödənilib
Maliyyə
09:52
"Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini təsdiqləyib
Energetika