Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ İraqda "İŞİD"in nəzarəti altında olan Ənbar vilayətinin Eyn əl-Əsəd rayonunu geri almaq üçün İraq ordusu ilə birlikdə ilk dəfə qurudan əməliyyatlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Basnews" məlumat yayıb.
Əməliyyatı koalision gücləri havadan zərbələrlə dəstəkləyir.
Məlumatda bildirilib ki, əməliyyat nəticəsində çoxlu sayda "İŞİD"çi həlak olub.
Xatırladaq ki, ötən ay ABŞ Anbarda 50 min yerli əsgərə təlim keçməyi planlaşdırdığını bildirmişdi.