ABŞ oktyabrda Ukraynaya 30 “Javelin” tank əleyhinə sistemlər tədarük edib

ABŞ oktyabrda Ukraynaya 30 “Javelin” tank əleyhinə sistemlər tədarük edib Oktyabrda ABŞ hökumətinin təsdiq edilmiş yardım paketinə uyğun olaraq Ukraynaya 30 tank əleyhinə “Javelin” raket kompleksləri və onlar üçün 180 raket tədarük edilib. “Javelin” tank əleyhinə raket kompleksinin son modifikasiyalarından biridir.
Digər ölkələr
10 Dekabr , 2021 08:59
ABŞ oktyabrda Ukraynaya 30 “Javelin” tank əleyhinə sistemlər tədarük edib

Oktyabrda ABŞ hökumətinin təsdiq edilmiş yardım paketinə uyğun olaraq Ukraynaya 30 tank əleyhinə “Javelin” raket kompleksləri və onlar üçün 180 raket tədarük edilib. “Javelin” tank əleyhinə raket kompleksinin son modifikasiyalarından biridir.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü, polkovnik-leytenant Anton Semelrotun “TASS”a daxil olan bəyanatında deyilir.

“Sentyabrın 1-də elan edilən 60 milyon ABŞ dollarlıq paketə 30 “Javelin” işəsalma qurğusu və 180 raket daxildir. Raket kompleksi oktyabrın 23-də Ukraynaya çatdırılıb. 2021-ci ildə Birləşmiş Ştatlar Ukraynaya 450 milyon ABŞ dollarından çox hərbi təyinatlı yardım göstərib ki, bu da bizim Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini dəstəkləməyə davam edən öhdəliyimizin bir hissəsidir”, - deyə o, qeyd edib.

Qeyd edək ki, 2014-cü ildən bəri Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 2,5 milyard ABŞ dolları, o cümlədən təkcə bu il 400 milyon ABŞ dollarından çox vəsait ayırıb. 2017 və 2018-ci illərdə Ukraynaya hərbi yardım çərçivəsində 350 milyon ABŞ dolları, 2019-cu ildə 250 milyon ABŞ dolları, 2020-ci ildə 300 milyon ABŞ dolları ayrılıb.

Son xəbərlər

Orphus sistemi