ABŞ-nin “tərəddüd edən” ştatlarında Tramp və Harrisə dəstək təxminən bərabərdir

ABŞ-nin “tərəddüd edən” ştatlarında Tramp və Harrisə dəstək təxminən bərabərdir ABŞ-nin 7 “tərəddüd edən” ştatında ölkənin keçmiş Prezidenti Donald Tramp və vitse-prezident Kamala Harrisin seçici reytinqi təxminən eynidir.
Digər ölkələr
24 Oktyabr , 2024 19:53
ABŞ-nin “tərəddüd edən” ştatlarında Tramp və Harrisə dəstək təxminən bərabərdir

ABŞ-nin 7 “tərəddüd edən” ştatında ölkənin keçmiş Prezidenti Donald Tramp və vitse-prezident Kamala Harrisin seçici reytinqi təxminən eynidir.

“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyinin sifarişi ilə “Morning Consult”ın keçirdiyi sorğunun nəticələri göstərib.

Qeyd olunur ki, sosioloqlar oktyabrın 16-dan 20-dək Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Şimali Karolina ştatlarından qeydiyyatda olan 5 308 seçici arasında sorğu keçirib. Tədqiqatın xəta səviyyəsi 1 faiz bəndi olub.

Nəticələrə görə, respondentlərin 49,1 %-i Harrisə, 48,5 %-i isə Trampa səs verməyə hazırdır.

Sorğunun nəticələrinə görə, Arizona ştatında Harris 49,1 % səslə liderdir, Tramp 48,8 % səs toplaya bilib. Pensilvaniyada Harris 50 %, Tramp 48,2, Miçiqanda Harris 49,6 %, Tramp 46,5% səs toplayıb. Nevada ştatında da Harris kiçik fərqlə öndədir: 48,3 %-ə qarşı 48,8 %.

Corciyada Tramp 49,9 %, Harris 48,4 % səs toplayıb. Keçmiş prezident həmçinin Şimali Karolina (48,5 %-ə qarşı 49,6 %) və Viskonsində (48 %-ə qarşı 48,3 %) respondentlər arasında daha populyar olub.

Qeyd edək ki, ABŞ-da “tərəddüd edən” ştatlar dedikdə prezident seçkiləri ərəfəsində hər iki əsas partiyanın namizədlərinin təxminən bərabər səviyyədə populyar olduğu ştatlar nəzərdə tutulur. Çox vaxt məhz elə “tərəddüd edən” ştatların seçicilərinin səsləri prezident seçkilərində bu və ya digər namizədin qələbəsini müəyyənləşdirir.

Son xəbərlər

Orphus sistemi