ABŞ-nin İraqdakı aviabazasına hücum olub, bir neçə hərbçi xəsarət alıb

ABŞ-nin İraqdakı aviabazasına hücum olub, bir neçə hərbçi xəsarət alıb İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına hücum nəticəsində 7 hərbçi yaralanıb, onların hamısının vəziyyəti sabitdir.
Digər ölkələr
6 Avqust , 2024 23:30
ABŞ-nin İraqdakı aviabazasına hücum olub, bir neçə hərbçi xəsarət alıb

İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd aviabazasına hücum nəticəsində 7 hərbçi yaralanıb, onların hamısının vəziyyəti sabitdir.

“Report” xəbər verir ki, bu barədə ABŞ hərbi rəsmisi məlumat yayıb.

O, avqustun 5-də axşam iki raketin aviabazaya düşdüyünü, nəticədə beş amerikalı hərbçinin, eləcə də iki podratçının yaralandığını vurğulayıb. Hərbçilərə aviabazada tibbi yardım göstərilir, qalan iki nəfər təxliyə edilib.

Bundan əvvəl ABŞ-nin müdafiə naziri Lloyd Ostin və israilli həmkarı Yoav Qalant İraqda Amerika hərbçilərinin yerləşdiyi aviabazaya hücumu təhlükəli eskalasiya adlandırıblar.

Fələstin-İsrail münaqişəsinin daha da kəskinləşməsi başlayandan bəri İraqdakı Amerika bazaları, eləcə də Suriyadakı Amerika hərbçiləri müntəzəm olaraq atəşə tutulub. Hücumlara görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı qruplaşmalar üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi