ABŞ NATO-nun açıq qapı prinsipindən imtina etmək niyyətində deyil

Digər ölkələr
  • 13 sentyabr, 2023
  • 19:43
ABŞ NATO-nun açıq qapı prinsipindən imtina etmək niyyətində deyil

“ABŞ NATO-nun açıq qapı prinsipindən imtina etmək niyyətində deyil”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“NATO-nun açıq qapı siyasəti var və biz bu siyasətdə güzəştə getməyəcəyik”, - Miller deyib.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı 1949-cu ildə “Vaşinqton müqaviləsi”nin imzalanması və ratifikasiya edilməsindən sonra təsis edilib. Təşkilat “Atlantika paktı” və ya “Atlantika alyansı” da adlanır. Mənzil Qərargahı Brüssel şəhərində yerləşir. Hazırda təşkilata 28 üzv ölkə daxildir.