ABŞ Meksika sərhədini qanunsuz keçən miqrantlara qarşı qaydaları sərtləşdirib

ABŞ Meksika sərhədini qanunsuz keçən miqrantlara qarşı qaydaları sərtləşdirib Ali Məhkəmənin sədri Con Roberts 19 ştatdan olan Respublikaçılar Partiyası rəsmilərinin müraciətinə cavab olaraq Bayden administrasiyasının ABŞ-Meksika sərhəddində saxlanılan miqrantlar üçün bu həftə bitməli olan sürətləndirilmiş çıxarılması tədbirini ləğ
Digər ölkələr
20 Dekabr , 2022 04:52
ABŞ Meksika sərhədini qanunsuz keçən miqrantlara qarşı qaydaları sərtləşdirib

Ali Məhkəmənin sədri Con Roberts 19 ştatdan olan Respublikaçılar Partiyası rəsmilərinin müraciətinə cavab olaraq Bayden administrasiyasının ABŞ-Meksika sərhədində saxlanılan miqrantlar üçün bu həftə bitməli olan sürətləndirilmiş çıxarılma tədbirini ləğv etməsini müvəqqəti olaraq əngəlləyib.

“Report” xəbər verir ki, “42-ci fəsil” kimi tanınan tədbir Tramp administrasiyası tərəfindən dövriyyəyə buraxılmışdı.

Qeyd edək ki, daha öncə Arizona və Luiziana ştatlarının baş prokurorlarının başçılıq etdiyi bir qrup respublikaçı keçən cümə günü federal apellyasiya məhkəməsinin çərşənbə günü müddəti başa çatan “42-ci fəsli” ləğv edən aşağı instansiya qərarını dayandırmaqdan imtina etməsindən sonra ABŞ Ali Məhkəməsindən cavab tədbiri görməyi istəyib.

“42-ci fəsil” məhdudiyyətləri ölkədə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün 1944-cü ildə qəbul edilmiş ictimai səhiyyə xidməti Qanununun bir hissəsidir.

Tramp administrasiyası bu fəsildən 2020-ci ilin martında – COVID-19 pandemiyasının başlanğıcında ABŞ-Meksika sərhədini keçərkən saxlanılan miqrantların ölkədən sadələşdirilmiş və sürətləndirilmiş üsulda çıxarılması üçün istifadə edirdi.

Son xəbərlər

Orphus sistemi