ABŞ Liviyada müvəqqəti diplomatik nümayəndəlik açmaq istəyir

ABŞ Liviyada müvəqqəti diplomatik nümayəndəlik açmaq istəyir ABŞ Rusiyanın Liviyadakı təsirinə qarşı mübarizə aparmaq üçün adıçəkilən ölkədə müvəqqəti diplomatik nümayəndəlik açmağı planlaşdırır.
Digər ölkələr
23 May , 2024 20:42
ABŞ Liviyada müvəqqəti diplomatik nümayəndəlik açmaq istəyir

ABŞ Rusiyanın Liviyadakı təsirinə qarşı mübarizə aparmaq üçün adıçəkilən ölkədə müvəqqəti diplomatik nümayəndəlik açmağı planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif bildirib.

“Sizin Dövlət Departamentinin Liviyada müvəqqəti diplomatik nümayəndəlik yaratmaq planlarını dəstəkləməyiniz Rusiyanın bu ölkədəki destruktiv təsirinin artması fonundan diplomatiyamızı genişləndirməyə imkan verəcək”, - Lif deyib.

Amma dövlət katibinin köməkçisi nümayəndəliyin dəqiq nə vaxt açılacağını açıqlamayıb.

Onun sözlərinə görə, ABŞ hökuməti Liviyanın demokratik, sabit və vahid dövlətə keçidini dəstəkləməkdə davam edir.

Xatırladaq ki, rəsmi Vaşinqton 2014-cü ildə Tripolidəki səfirliyini bağlayıb. Liviyadakı ABŞ vətəndaşlarına lazımi diplomatik yardım Birləşmiş Ştatların Tunisdəki səfirliyi vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi