ABŞ İŞİD-ə qarşı 50 min nəfərlik hərbi qüvvə yaradır

ABŞ İŞİD-ə qarşı 50 min nəfərlik hərbi qüvvə yaradır Bu qüvvənin hərbi təhsili və silahlandırılmasını beynəlxalq koalisiya özü maliyyələşdirəcək
Digər ölkələr
2 Dekabr , 2014 19:48
ABŞ İŞİD-ə qarşı 50 min nəfərlik hərbi qüvvə yaradır
Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ və müttəfiqlərinin daxil olduğu beynəlxalq koalisiya İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı növbəti güc birliyinin yaradılmasına çalışır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, koalisiya təhlükəsizlik tədbirləri məqsədilə tayfa mənsublarından ibarət 50 min nəfərdən ibarət qüvvə meydana gətirəcəyini bəyan edib.

ABŞ-ın İraqdakı səfiri Stuart Cones isə verdiyi açıqlamada yaradılacaq hərbi qüvvənin təhsili və silahlandırılmasını beynəlxalq koalisiyanın maliyyələşdirəcəyini bildirib. 

Eyni zamanda bu qüvvənin İraqın Ənbar vilayətinin bir qrup nümayəndə heyətinin ABŞ-a səfərindən sonra yaradılacağı deyilir. Belə bir qüvvənin yaradılmasında əsas məqsəd Ənbar vilayətinin bütün bölgələrini İŞİD üzvlərindən təmizləmək, eləcə də vilayətin sərhədlərini qorumaq vəzifələrini yerinə yetirməkdir.

Qeyd edək ki, İŞİD-in cari ilin iyun ayında İraqın Mosul vilayəti başda olmaqla digər bölgələri ələ keçirməsi nəticəsində qruplaşma ilə güc strukturları arasında qarşıdurmalar geniş vüsət alıb. Bu səbəbdən ABŞ və koalisiya qüvvələri İraq ordusuna havadan dəstək verir.

Son xəbərlər

Orphus sistemi