ABŞ İrana qarşı sanksiyaların bir hissəsini ləğv edəcək
Digər ölkələr
- 02 fevral, 2022
- 14:36
ABŞ İrana qarşı sanksiyaların yalnız bir hissəsini ləğv etməyə razılaşıb, lakin hazırkı şərtlər nüvə sazişi üzrə razılaşmaya ümid etməyə əsas verir.
"Report" xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi Məmud Abbaszadə Meşkini deyib.
"Danışıqlar prosesində müsbət məqamlar var, lakin razılaşdırılmalı olan mühüm məsələlər var. Təbii ki, İranın bütün sanksiyaları ləğv etmək hüququ var, lakin hazırda qarşı tərəf onların yalnız qismən götürülməsinə razılaşıb", - Meşkini qeyd edib.
Qeyd edək ki, yanvarın 3-də Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqların səkkizinci raundu bərpa olunub.
Son xəbərlər
11:22
"Roma"nın futbolçusu İspaniya klubuna icarəyə verilib
Futbol11:20
Nazirlik rəsmisi: "Universitetlərdə kibertəhlükəsizlik laboratoriyalarının yaradılması prioritetdir"
İKT11:18
DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"
İKT11:17
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə11:14
Xüsusi icra məmurunun vahid geyim forması və nişanı təsdiqlənib
Daxili siyasət11:13
Başqırdıstanda atəş açan məktəbli saxlanılıb
Region11:13
"Kəpəz" klubu Veysəl Rzayevin durumu ilə bağlı açıqlama yayıb
Futbol11:12
DİM dövlət qulluqçusu olmaq istəyən 1 000-dən çox namizəd üçün imtahan keçirəcək
Elm və təhsil11:11