ABŞ-də xlor turşusu olan vaqon partlayıb
Digər ölkələr
- 15 sentyabr, 2023
- 06:01
ABŞ-nin Nebarsk ştatında içərisində xlor turşusu olan vaqon partlayıb.
“Report” ABC-yə istinadən xəbər verir ki, məlumatı Nort-Platt rayonunun yanğınsöndürmə xidməti yayıb.
Bildirilib ki, yerli hakimiyyət ərazidəki sakinləri təxliyə edib.
Məlumata görə, vaqonda partlayıcı maddələr, müxtəlif qida məhsulları və dərman preparatlarının hazırlanmasında istifadə olunan xlor turşusu olub. Partlayışın səbəbi hələ ki məlum deyil. İnformasiyaya əsasən, qəza nəticəsində xəsarət alan və ölən olmayıb, qatar relsdən çıxmayıb.
Hadisə nəticəsində əmələ gələn yanğın söndürülüb. Xilasedicilər vəziyyətə nəzarət edirlər.
Son xəbərlər
15:15
Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq
Daxili siyasət15:13
Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Region15:11
Tramp İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırıb
Digər ölkələr15:09
Brunu Gimaraeş "Nyukasl"da qalmaq qərarına gəlib
Futbol15:08
Baş Qərargah: Primorskdakı neft terminalına və Başqırdıstandakı NEZ-ə zərbə endirilib
Digər ölkələr14:52
Foto
Fərqli inanclar, eyni həyat: cəmi bir azərbaycanlı ailənin yaşadığı Gürcüstanın çoxmillətli kəndindən REPORTAJ
Region14:42
Buça şəhərindəki partlayışlarda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Digər ölkələr14:42
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Maliyyə14:28