ABŞ-ın vitse-prezidenti: “Biz İrana qarşı birlikdə mübarizə aparmalıyıq”

ABŞ-ın vitse-prezidenti: “Biz İrana qarşı birlikdə mübarizə aparmalıyıq” Mayk Pens: "Yaxın aylarda İsrailin, ABŞ-ın və bölgənin maraqlarına uyğun dəyişikliklər baş verəcək”
Digər ölkələr
23 Yanvar , 2018 15:10
ABŞ-ın vitse-prezidenti: “Biz İrana qarşı birlikdə mübarizə aparmalıyıq”
REUTERS / JONATHAN ERNST

Bakı. 23 yanvar. REPORT.AZ/ “İranın nüvə proqramı üzrə Əhatəli Birgə Fəaliyyət Planını dəyişməyin vaxtı çatıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın 23-də Qüdsdə İsrail prezidenti Reuven Rivli ilə görüşdən əvvəl bildirib.

“Terrorçuluğun başlıca sponsoru olan dövlətə - İrana qarşı birlikdə mübarizə aparmalıyıq”, - o vurğulayıb. 

M.Pens ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların ləğv edilməsi müddətinin uzadılmasının Avropadakı müttəfiqlərinə siqnal olduğunu söyləyib: “Tramp açıq-aydın bildirib ki, əgər müttəfiqlərimiz bizi dinləməsə, o zaman biz İranla atom üzrə razılaşmadan təcili olaraq çıxacağıq. Ümid edirəm ki, yaxın aylarda İsrailin, ABŞ-ın və bölgənin maraqlarına uyğun dəyişikliklər baş verəcək”. 

Son xəbərlər

Orphus sistemi