ABŞ-ın Ukrayna üçün tətbiq etdiyi lend-liz qanunu qüvvədən düşüb

ABŞ-ın Ukrayna üçün tətbiq etdiyi lend-liz qanunu qüvvədən düşüb ABŞ-da praktikada heç vaxt tətbiq olunmayan Ukrayna üçün lend-liz qanunu sentyabrın 30-da qüvvədən düşüb.
Digər ölkələr
2 Oktyabr , 2023 01:13
ABŞ-ın Ukrayna üçün tətbiq etdiyi lend-liz qanunu qüvvədən düşüb

ABŞ-da praktikada heç vaxt tətbiq olunmayan Ukrayna üçün lend-liz qanunu sentyabrın 30-da qüvvədən düşüb.

"Report" xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Qanun ABŞ Prezidenti Cozef Bayden tərəfindən bu ilin mayın 10-da imzalayıb.

Sənəd Baydenə Ukraynaya müdafiə aktivlərini sadələşdirilmiş prosedur çərçivəsində icarəyə vermək və ya ötürmək hüququ verirdi.

Həmçinin aktın qəbulundan sonra ABŞ Prezidenti 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalı idi. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tuturdu.

Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.

Son xəbərlər

Orphus sistemi