ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi: "Vaşinqton artıq Bəşşar Əsədin gedişini tələb etmir"

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi: "Vaşinqton artıq Bəşşar Əsədin gedişini tələb etmir" ABŞ Suriya münaqişəsinin həlli üçün şərt kimi bu tələbdən imtina edib
Digər ölkələr
18 Dekabr , 2018 12:03
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi: Vaşinqton artıq Bəşşar Əsədin gedişini tələb etmir
0 : 00
0 : 00

Bakı. 18 dekabr. REPORT.AZ/ "ABŞ Suriya münaqişəsinin həlli üçün şərt kimi Suriya Prezidenti Bəşşar Əsədin istefası tələbindən imtina edib".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Vaşinqton Atlantik Şurasında çıxışı zamanı bildirib.

"Suriyada tam fərqli rejim görmək istəyərdik. Amma bu, rejim dəyişikliyi deyil, Əsəddən qurtulmağa çalışmırıq", - C.Ceffri deyib.

Onun sözlərinə görə, B.Əsəd hələ də vətəndaş müharibəsini qazanmadığına və Suriyada hələ 100 minə yaxın silahlı müxalifət döyüşçüsü qalması faktı ilə hesablaşmalı olduğuna görə kompromisə ehtiyac duyur.

Xüsusi nümayəndə qeyd edib ki, ABŞ və Qərb ölkələri Suriyada siyasi kurs dəyişməyincə ölkənin bərpası üçün tələb olunan 300-400 milyard dollarlıq yardımı etməyi planlaşdırmır.

Diplomat Vaşinqtonun Dəməşqə öz xalqına qarşı kimyəvi silahlardan və işgəncədən istifadə edilməsinin yolverilməzliyi barədə xəbərdarlıq etdiyini söyləyib. O, həmçinin Rusiyanı Suriyanın "Əl-Rukban" qaçqın düşərgəsinə humanitar yardım çatdırılmasına maneə törətməkdə ittiham edib. 

Son xəbərlər

Orphus sistemi