ABŞ-ın keçmiş prezidenti Çindən 10 trln dollar kompensasiya tələb edib

ABŞ-ın keçmiş prezidenti Çindən 10 trln dollar kompensasiya tələb edib ABŞ-ın keçmiş prezidenti Donald Tramp COVID-19-dan dəyən ziyana görə Çindən 10 trilyon dollar məbləğində kompensasiya tələb edib.
Digər ölkələr
17 İyun , 2021 13:27
ABŞ-ın keçmiş prezidenti Çindən 10 trln dollar kompensasiya tələb edib
Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp COVID-19-dan dəyən ziyana görə Çindən 10 trilyon dollar məbləğində kompensasiya tələb edib.

“Report” xəbər verir ki, o, bunu “Fox News” telekanalının efirində bildirib.

O, 10 trln dolların yalnız ABŞ-a ödəniləsi məbləğ olduğunu söyləyib: “Qalanlarına isə daha çox ödəməlidir”.

Qeyd edək ki, mayın 27-də ABŞ prezidenti Cozef Bayden ABŞ kəşfiyyatını koronavirusun əmələ gəlməsi ilə bağlı nəzəriyyəyə daha çox diqqət ayırmağa çağırıb. O, bu istiqamətdə işi yekunlaşdırmaq üçün kəşfiyyata 90 gün vaxt verib.

Xatırladaq ki, bir müddət əvvəl konqresə ABŞ-la Çin arasında COVID-19-un yayılması ilə əlaqədar kompensasiya haqqında ikitərəfli danışqıların aparılmasına dair qanun layihəsi təqdim edilib.

Son xəbərlər

Orphus sistemi