Yuxarı

​ABŞ-ın Demokrat Partiyası seçkiqabağı platformasını qəbul edib

Klintonun ABŞ prezidentliyinə namizədliyi iyulun 28-də rəsmən irəli sürüləcək

Bakı. 26 iyul. REPORT.AZ/ ABŞ-ın Demokrat Partiyası Filadelfiyada keçirilən ümummilli qurultayda seçkiqabağı platformasını qəbul edib.

"Report" xəbər verir ki, bu barədə sabiq dövlət katibi Hillari Klinton öz "Twitter" səhifəsində yazıb.

"Demokratlar öz tarixləri ərzində ən mütərəqqi partiya platformasına səs veriblər", — deyə o qeyd edib.

Klinton Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd kimi iyulun 28-də Filadelfiyada keçiriləcək toplantı zamanı rəsmən irəli sürüləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi