Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın 7 ştatının qubernatoru suriyalı qaçqınlara sığınacaq verməkdən imtina edib.
"Report" "Reuters"ə istinadən bildirir ki, ölkənin Texas, Arkanzas, İndiana, Luiziana, Missisipi, Alabama və Miçiqan ştatlarının qubernatorları ABŞ prezidenti Barak Obamanın miqrasiya siyasətini dəstəkləmədiklərini açıqlayıblar.
Qubernatorlar bildirib ki, Parisdəki terror aktlarından sonra müharibədən ziyan dəyən bir ölkənin vətəndaşlarını qəbul etmək çox təhlükəlidir.
Xəbərə əsasən, Respublikaçılar Partiyasından olan qubernatorlar Qreq Ebbot (Texas ştatı), Asa Xatçinson (Arkanzas), Mayk Pens (İndiana), Bobbi Cindal (Luziana) və Fil Brayant (Missisipi) yaxın illər ərzində Ağ Evin 10 min suriyalının qəbul edilməsi ilə bağlı vədini artıq dəstəkləməyəcəklərini bildiriblər.
Qurbernatorlar Ağ Evə göndərdikləri məktubda suriyalı qaçqınların ABŞ-da terror törətməyəcəklərinə təminat olmadığını vurğulayıblar.