ABŞ-ın atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub

ABŞ-ın atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ-ın Los Anceles tipli Nyuport Nyus atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub.
Digər ölkələr
1 Sentyabr , 2018 14:58
ABŞ-ın atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub
U.S. Navy / Heather Judkins

Bakı. 1 sentyabr. REPORT.AZ/ ABŞ-ın "Los Anceles" tipli "Nyuport Nyus" atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub.

"Report" RT-yə istinadən xəbər verir ki, yerli "Gibraltar Chronicle" nəşri sualtı qayığın avqust 30-da liman ərazisində göründüyünü yazıb.

Qəzetdə qeyd olunan məlumata görə, İspaniya gömrük orqanlarına məxsus qayıq sualtı qayığa yaxınlaşmağa çalışsa da, Cəbəllütariq polisi onu dayandırıb.

Cəbəllütariqdə bazası olan Böyük Britaniya Silahlı Qüvvələri "Twitter" hesabında ABŞ-ın sualtı qayığının limana yanaşmasının planauyğun olduğunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi