ABŞ-ın 50 ştatının 46-sında koronavirusa yeni yoluxma hallarının sayı azalıb.
“Report” xəbər verir ki, bunu “Fox News” telekanalına açıqlamasında Ağ Evin sözçüsü Keyli Makinani bildirib.
“Ölkənin 16 ştatının rəhbərliyi məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır. Digər, 34 ştatın rəsmiləri bəyan edib ki, hazırda belə plan üzərində işləyirlər. 46 ştatda isə COVID-19-a yeni yoluxma hallarının sayı azalmaqdadır” - deyə Ağ Evin nümayəndəsi bildirib.
Makinani qeyd edib ki, prezident administrasiyası ölkənin 50 ştatında həyatın normallaşmasını təmin edən tövsiyələr hazırlayıb.
Hal hazırda ABŞ-da yalnız zəruri mal satan mağazalar və apteklər işləyir. Restoran və kafelər sifarişləri ancaq onlayn qəbul edirlər. İdman salonları, muzeylər, təhsil müəssisələri, kinoteatrlar və teatrlar bağlıdır.