ABŞ Holan yüksəkliklərinə hücumu pisləyib
Digər ölkələr
- 27 iyul, 2024
- 23:37
ABŞ İsrailin nəzarətində olan Holan yüksəkliklərinə hücumu pisləyir, Vaşinqton gələcək təcavüzdən qorunmaq üçün İsrail tərəfinə dəstək verməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.
"Bu dəhşətli hücumu pisləyirik. İsrail öz təhlükəsizliyi üçün ciddi təhdidlərlə üzləşməyə davam edir və ABŞ bu dəhşətli hücumlara son qoymaq üçün səylərini dəstəkləməyə davam edəcək", - o deyib.
Şuranın nümayəndəsi əlavə edib ki, ABŞ-nin İsrailin Livanın “Hizbullah” hərəkatı da daxil olmaqla, İranın dəstəklədiyi bütün terror qruplaşmalarına qarşı mübarizəsinə dəstəyi sarsılmazdır.
Son xəbərlər
17:39
ABŞ-nin Hörmüzdə İran gəmisinə hücumu nəticəsində 10 dənizçi yaralanıb
Region17:38
İstanbulda "SAHA 2026" hərbi sərgisinin bağlanış mərasimi keçirilib
Hərbi17:37
Azərbaycanda növbəti torpaq hərracları keçiriləcək
Biznes17:32
Polşa Aİ-dən 44 milyard avrodan çox kredit alacaq
Digər ölkələr17:27
Rubio: Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin həllinə yönəlik səyləri nəticəsiz qalıb
Digər ölkələr17:22
Foto
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib
Xarici siyasət17:17
ABF rəsmisi Vaqif Kazımov: "Heydər Əliyev kuboku-2026" turnirinə güclü boksçular qatılmışdı"
Fərdi17:16
"Euroclear" Rusiya aktivlərinin gəlirindən Ukraynaya 6,6 milyard avro göndərib
Digər ölkələr17:12
Foto