ABŞ hipersəs raketin sınağını keçirib

ABŞ hipersəs raketin sınağını keçirib ABŞ səsdən iti uçan (hipersəs) “AGM-183A ARRW” (“Air-Launched Rapid Response Weapon”) raketini uğurla sınaqdan keçirib.
Digər ölkələr
14 İyul , 2022 10:51
ABŞ hipersəs raketin sınağını keçirib

ABŞ səsdən iti uçan (hipersəs) “AGM-183A ARRW” (“Air-Launched Rapid Response Weapon”) raketini uğurla sınaqdan keçirib.

“Report” “dw”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirib.

ARRW tipli raket hədəfi dəqiq vurmaq sisteminə malikdir. O, yaxşı müdafiə olunan yerüstü hədəfə dəqiq zərbə endirir.

“Biz bir sıra gücləndirici sınaqları tamamladıq və bütün kompleksin sınaqlarını bu ilin sonunda keçməyə hazırıq” - deyə, ABŞ Silahlı Qüvvələri Silahlanma İdarəsinin icraçı direktoru briqada generalı Hit Kollinz raket sınağından sonra açıqlayıb.

ABŞ hərbi rəsmiləri Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı hipersəs raketlərindən istifadə etdiyini, eləcə də Çinin belə raketlərləri sınaqdan keçirdiyini iddia etmişdi. Çin Xarici İşlər Nazirliyi 2021-ci ilin oktyabrında belə sınaqlarla bağlı xəbərləri təkzib edib.

Son xəbərlər

Orphus sistemi