Yəməndə husilərin mövqelərinə 73 zərbə endirilib, ölənlər və yaralananlar var - YENİLƏNİB

Yəməndə husilərin mövqelərinə 73 zərbə endirilib, ölənlər və yaralananlar var - YENİLƏNİB ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Yəmən husilərin 16 obyektindəki 60-dan çox hədəfə zərbələr endirib.
Digər ölkələr
12 yanvar 2024 09:13
Yəməndə husilərin mövqelərinə 73 zərbə endirilib, ölənlər və yaralananlar var - YENİLƏNİB

ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə endirdikləri 73 zərbə nəticəsində 5 qiyamçı silahlı ölüb, 6-sı yaralanıb.

“Report” xəbər verir ki, bunu “Ənsarullah husi” siyasi-hərbi qruplaşmasının sözçüsü Yəhya Saree bildirib.

Onun sözlərinə görə, bu hücum cavabsız qalmayacaq: “Bizim qüvvələrimiz quruda, dənizdə bütün təhdid mənbələrinə tərəddüd etmədən hücum edəcək”.

Qeyd edək ki, yanvarın 12-də gecə saatlarında ABŞ və Böyük Britaniya Yəmənin 5 şəhərində husilərin obyektlərinə zərbələr endirib.

10:03

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Yəməndə husilərin 16 obyektindəki 60-dan çox hədəfə zərbələr endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xüsusilə, sursat anbarlarına və buraxılış qurğularına hücumlar həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi